Kremldən Putinin Türkiyəyə səfəri ilə bağlı AÇIQLAMA

media-hightechnic-468x90

“Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin dəqiq tarixləri hələ müəyyən edilməyib, lakin məsələ ilə bağlı iş gedir”.

Yenicag.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

“Bu səfər gündəmdədir, türkiyəli tərəfdaşlarımızla təmasdayıq, lakin hələ dəqiq tarixlər yoxdur. Bu, iki prezidentin iş qrafikinin razılaşdırılması məsələsidir”, – Kreml nümayəndəsi bildirib.

O, Putinin Türkiyəyə səfərə hazır olması ilə bağlı sözlərini xatırladıb.

“Fürsət yaranan kimi o, bunu edəcək. Ancaq indi daha çox daxili proseslərə diqqət yetiriləcək”, – D.Peskov qeyd edib./Oxu.az/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600