“Rusiya vaxt bitəndən sonra, yəni 2025-ci ildən sonra da öz sülhməramlı qüvvələrini Qarabağda saxlamaq istəyir”.
Bu fikirləri Rusiyanın öz sülhməramlı kontingentini nəzərdə tutulan müddətdə Azərbaycandan çıxarmamaq niyyətini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, imperiya ambisiyalarının əsirinə çevrilən Rusiya bütün dünyaya nəzarət etmək istəyir:
“Rusiya bütün dünyanı qatıb-qarışdırıb bir-birinə, sonra da qarışdırdığı dünya qarşı müxtəlif ittihamlar irəli sürür. Sülhməramlı qüvvələrin Qarabağda nə işi var? Orada artıq nə erməni var, nə də millətlərarası münaqişə…
Bu onu göstərir ki, Rusiya vaxt bitəndən sonra, yəni 2025-ci ildən sonra da öz sülhməramlı qüvvələrini Qarabağda saxlamaq istəyir. İşarə verirlər ki, erməniləri geri qaytara bilərik. Rusiya çox təhlükəli reveranslar edir. Bəlkə Ukrayna müharibəsində beli qırılsa, Rusiya ilə danışmaq daha asan olacaq”.
Səxavət Məmməd
www.yenicag.az