Krımdan sonra Belarusdakı aviabazada ardıcıl partlayışlar baş verdi - VİDEO

media-hightechnic-468x90

Krımda Rusiya döyüş təyyarələrinin yerləşdiyi aviabazanın məhv edilməsindən təxminən 24 saat sonra bu dəfə Belarus-Ukrayna sərhədindəki “Zubrovka” bazasında partlayışlar baş verib.

Yenicag.az xəbər verir ki, Belarus Müdafiə Nazirliyi partlayışların sınaqdan keçirilmiş mühərrikdən törədildiyini bəyan edərək itkilərin olmadığını açıqlayıb.

Belarus mediası isə yerli saatla gecə saat 00:30-da “Zubrovka” aviabazasından ən azı səkkiz partlayış səsinin eşidildiyini yazıb.

Belarusdan qaçmaq məcburiyyətində qalan müxalifət lideri Sveatlana Tixanovskayanın müşaviri partlayışlarla bağlı qeyd edib ki, sözügedən baza Rusiya aviasiyası tərəfindən Ukraynaya qarşı müharibədə istifadə olunur.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa