“Kris Smit erməni diasporasına xidmət edir ”
ABŞ Helsinki Komissiyası Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi barədə qanun layihəsini artıq Konqresə təqdim edib.
Bu qanun layihəsini konqresə təqdim edərək qəbul etdirmək istəyən Kris Smit ABŞ və Azərbaycan əlaqələrinə ciddi şəkildə zərər vurmaq niyyətindədir.
Erməni diasporunun ən yaxın dostlarından olan Kris Smit ABŞ-ın “erməni soyqırımı”nı tanımasının ən aktiv tərəfdarlarındadır. Smit qondarma “soyqırım”ın tanınması ilə bağlı onlarla bəyanat səsləndirib ki, onlardan beşi yalnız bu ilin payına düşür. Bu və digər faktlara baxsaq, ermənilərlə Smit arasındakı əlaqələri aydın şəkildə görə bilərik”.
Nümayəndəlik rəhbəri bildirib ki, Kris Smit anlamalıdır, Azərbaycanla təziq yolu ilə danışmaq qəbul edilməzdir və Azərbaycanda “siyasi məhbus”lar adlandırdıqları şəxslər Azərbaycan qanunvericiliyinə əməl etməyən şəxslərdir.
Yenicag.az












