“KTMT Qarabağ separatçılarına hərbi yardım etməyəcək” - Qərargah rəhbəri

media-hightechnic-468x90

“Dağlıq Qarabağ separatçı rejimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlət deyil və “Xankəndi”nə heç bir hərbi yardım göstərilməyəcək”.

Yenicag.az xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Birləşmiş qüvvələrin qərargah rəhbəri, general-polkovnik Anatoliy Sidorov deyib. Onun sözlərinə görə, KTMT-nin bütün sazişləri konkret olaraq Ermənistanla imzalanıb və müvafiq olaraq rəsmi İrəvan qarşısında müəyyən öhdəlikləri var.

A. Sidorov bildirib ki, KTMT müvafiq yardım xahişi olmadan quruma üzv dövlətin cəlb olunduğu bu və ya digər münaqişəyə müdaxilə etmək səlahiyyətinə malik deyil. O, həmçinin əlavə edib ki, hazırda Ermənistan və Azərbaycan arasında vəziyyət olduqca gərgindir.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600