KTN-də direktorluq uğrunda "savaş": Mərkəzi Aran Regional İdarəsini kim ələ keçirəcək?

media-hightechnic-468x90

Keçmiş direktor Çərkəz Şirinov yerinə bərpa oluna bilmədiyinə görə, öz yaxın adamını Mərkəzi Aran Regional İdarəsinin rəhbərliyinə gətirməyə çalışır…
“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin Mərkəzi Aran Regional İdarəsinin rəhbərliyi uğrunda mübarizə getdikcə böyüyür…

Bu barədə MilliYol-a daxil olan məlumatda bildirilir ki, Mərkəzi Aran Regional İdarəsinin direktoru işləmiş və mənimsəmə faktları ilə bağlı məsuliyyətə cəlb edilərək işdən azad olunan Çərkəz Şirinov öz yaxın adamının Regional İdarəyə rəhbər təyin edilməsinə çalışır. Məlumata görə Çərkəz Şirinov bununla bağlı nazirlikdə bəzi vəzifəli şəxslərlə təmasa girərək danışıq aparıb.

Mənbələrin iddialarına görə, Çərkəz Şirinovun planı “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-yə yeni rəhbər təyin edildikdən sonra pozulub.

Keçən ilin son günündə “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”MMC-yə rəhbər təyin edilən Hikmət Hüseynov işini bilən, məsuliyyətli şəxs olduğu bildirlir. Hikmət Hüseynov təyinatı Çərkəz Şirinovun Mərkəzi Aran Regional İdarəsi ilə bağlı planını tamamilə alt-üst edib. Çünki Hikmət Hüseynov adı qalmaqallarda hallanan Çərkəz Şirinovun vəzifəsinə bərpa edilməsi təklifini birmənalı olaraq rədd edib. Buna baxmayaraq keçmiş direktorun istəyindən əl çəkmədiyi və bütün gücünü işə salaraq Mərkəzi Aran Regional İdarəsinin rəhbərliyinə yaxın adamının təyin edilməsinə çalışdığı bildirilir.

Mənbələr qeyd edirlər ki, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin Mərkəzi Aran Regional İdarəsinin rəhbərliyinə başqa namizədlər də var və bu namizədlər arasında da mübarizə gedir. Hazırda Hikmət Hüseynovun kimin üzərində dayanacağı bəlli olmadığına görə, Çərkəz Şirinovun namizədinin bu mübarizədə qalib olması da istisna olunmur.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa