!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azaldı

!Reklam – Yazi

Kür çayının Qıraqkəsəmən məntəqəsində 27 may saat 20:00-a olan məlumata əsasən, suyun səviyyəsi tədricən azalıb.

Bu barədə Yenicag.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda Kür çayının Ağstafa rayonu ərazisindən keçən hissəsində, Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalmağa başlayıb.

Hidroloji məntəqədən əldə olunan məlumata görə, hazırda çayda suyun səviyyəsi 554 sm təşkil edir.

Xatırladaq ki, qonşu ölkələrin ərazisinə yağan intensiv yağışlar nəticəsində mayın 26-da Kür çayının Ağstafa rayonu ərazisindən keçən Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi kəskin artmışdı.

COP29

www.yenicag.az

197
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv