Kürdə suyun səviyyəsi ARTIB

media-hightechnic-468x90

Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi artıb.

Yenicag.az xəbər verir ki, son günlər havaların qeyri-sabit keçməsi çayın aşağı axınına ciddi təsir göstərib.

Təkcə son bir həftədə Kürün Salyan ərazisindən keçən hissəsində səviyyə 1,5 metr qalxıb. Proses hələ də davam edir.

Mütəxəssislər hesab edir ki, çayda artımın bu tempi yaxın vaxtlarda qrunt sularının səviyyəsinin yüksəlməsinə gətirib çıxara bilər.

media-ziraat-728x90

Kürdə suyun səviyyəsi artıb

media-hightechnic-468x90

14240972136299143707_750x500Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-190, Kiçik Qafqazın çaylarında 90-120, Lənkəran-Astara bölgəsi çaylarında 60-110, Naxçıvan Muxtar Respublikası çaylarında isə 40 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzərTAc-a verilən məlumata görə, fevralın 16-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm artım qeydə alınıb.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 2, Şirvanda 6, Salyanda 15, Bankədə 1 sm artım, Araz çayının Novruzlu məntəqəsində isə 5 sm azalma qeydə alınıb. (AzerTac)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600