Kürdəmir sakinlərinin bitməyən yol dərdi - VİDEO

media-hightechnic-468x90

Kürdəmirin Dədə Qorqud küçəsinin sakinləri illərdir ki, yolsuzluqdan əziyyət çəkir. 

media-banner_tuq

Yenicag.az xəbər verir ki, rayonun “Cənub məhəlləsi” adı ilə tanınan küçədə gedib-gələrkən sürücülər bir dərd, piyadalar isə ayrı bir dərd çəkir.

Məsələ ilə bağlı Rayon İcra Hakimiyyətindən bildirilib ki, Dədə Qorqud küçəsi və əlavə 7 küçədə abadlıq işlərinin görülməsi nəzərdə tutulur.

“Bununla əlaqədar aidiyyəti qurumlara müraciət olunub. Vəsait ayrıldığı təqdirdə bu işlər davam etdiriləcək”, – deyə qurumdan əlavə edilib.

Qeyd edək ki, rayonun əsas küçələrindən olan və asfalt üzünə həsrət qalan bu ərazidən hər gün 2 minə yaxın sakin istifadə edir. Yolun abadlaşması isə aidiyyəti qurumların nəzərdə tutulan planı həyata keçirməsindən sonra mümkün olacaq.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05