Kürdəmirdə ağır qəza – 1 nəfər öldü

media-hightechnic-468x90

yuk_masinqeza9Səhər saat 6 radələrində Kürdəmir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun 215-ci kilometrliyində, rayonun Qarabucaq kəndi ərazisində qeydə alınıb.

Qazax istiqamətində hərəkətdə olan “Kamaz” markalı yük maşını eyni istiqamətdə yolun kənarında dayanmış “MAZ” markalı digər yük maşınına çırpılıb. Nəticədə avtomaşının sürücüsü hadisə yerində dünyasını dəyişib.

Qəza yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Maşında sıxılmış vəziyyətdə qalan sürücü onlar tərəfindən çıxarılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində cinayət işi qaldırılıb.(report)

 

media-ziraat-728x90

Kürdəmirdə ağır qəza-1 nəfər öldü

media-hightechnic-468x90

img1595060Kürdəmirdə ölümlə nəticələn ağır-yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az müsavat-a istinadən xəbər verir ki, Bakı-Qazax yolunun 195-ci kilometrliyində sahibləri məlum olmayan “Mercedes-VİTA” markalı mikroavtobusla, “MERCEDES” və “VAZ” markalı minik avtomobillərinin toqquşub. Nəticədə “VAZ” markalı minik avtomobilində 4 nəfər müxtəlif bədən xəsarətləri alıb, 1 nəfər sərnişin isə aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Xəsarət alanlar yanğınsöndürən-xilasedicilərin köməkliyi ilə təcili yardım avtomobilinə mindirilib. Yol kənarına düşən meyit isə yanğınsöndürən-xilasedicilər tərəfindən götürülərək aidiyyatı qurumlara təhvil verilib. Hadisə ilə əlaqədar müfaviq qurumlar tərəfindən təhqiqat aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600