Kürəkən qayınatasını və qaynını bıçaqlayıb

media-hightechnic-468x90

bicaq_787Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Hadisə şəhərin DOS 102 adlanan ərazisində qeydə alınıb.

Gəncə şəhər sakini, İnqilab Rəhimov ailə münaqişəsi zəminində qayınatası, 1963-cü il təvəllüdlü Fərail Abbasovu və qaynı, 1993-cü il təvəllüdlü Təbriz Abbasovu bıçaqlayıb. Hər iki şəxs müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər 22 yaşlı T. Abbasovun vəziyyətinin ağır olduğunu bildirirlər.

Zərərçəkənlərin yaxınlarının sözlərinə görə, Abbasovlar ailəsi İnqilab Rəhimovla qızları arasında narazılıq olduğuna görə övladlarını öz evlərinə gətiriblər. Barışmaq üçün qayınatasıgilə gedən İ. Rəhimov münaqişə zəminində qayınatası və qaynını bıçaqlayıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600