Sentyabrın 23-də Suraxanı rayonunun Ramana qəsəbəsində Malik Həsənovun kəsilmiş-deşilmiş xəsarətlər alması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən M.Həsənovun qohumu Mahmud Qənbərov saxlanılıb.
İlkin məlumata görə, hadisə ailə-məişət münaqişəsi zəminində baş verib.
Hazırda Suraxanı RPİ-də təhqiqat araşdırması aparılır.