Kürşad Zorlu: "Qarabağ futbolunda haradan-haraya gəlinib!"

media-hightechnic-468x90

“Can Azərbaycanın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasında “Benfika”nı məğlub etdi. Bu, “Qarabağ”ın Çempionlar Liqasındakı ilk qələbəsi idi. Bu uğur, zəfərlə taclanan müstəqillik mübarizəsinin idmandakı təcəllisidir”.

Yenicag.az xəbər verir ki, bu ifadələr Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlunun sosial media hesabındakı paylaşımında yer alır.

“Azadlıqdan bir neçə gün sonra bu videonu çəkmişdim. Baxın, Qarabağ futbolunda haradan-haraya gəlinib! Qürurvericidir! Səmimiyyətlə təbrik edirəm”,- deyə Zorlu Ağdamda çəkdiyi videokadrları paylaşımına əlavə edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa