!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kursk əməliyyatının regiona TƏSİRİ: “Rusiya Ermənistandakı hərbi qüvvələrini çıxara bilər”

!Reklam – Yazi

“Kursk əməliyyatı Cənubi Qafqazdakı geosiyasi proseslərə də öz təsirini göstərəcək”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Mürtəza Bünyadlı deyib.

Siyasi təhlilçi dünya mediasının gündəmində olan Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumunun region üçün təsirlərindən söz açıb.

Onun sözlərinə görə, Qərb Rusiyanın diqqətini Ukrayna cəbhəsinə yönəltməklə onun gücünü zəiflətməyə və Cənubi Qafqazda isə öz mövqeyini möhkəmlətməyə çalışacaq:

“Son vaxtlarda Qərbin Ermənistanda mövqelərini möhkəmlətməyə çalışdığı bir zamanda əsas dayağı olan Gürcüstanda isə mövqeləri sürətlə itir. Odur ki, Qərb yaranmış vəziyyətdən istifadə edib Rusiyanı bacardığı qədər Cənubi Qafqazdan sıxışdırılıb, çıxarılmasına çalışacaq. Tam çıxara bilməsə belə, onun təsirlərini minimuma endirməyi qarşıya hədəf qoyub”.

M. Bünyadlıya görə, Qərb Moskvanın Ermənistandakı hərbi varlığını tam olmasa da, böyük bir hissəsinin çıxarılmasına nail olmaq üçün Ukrayna ordusuna Rusiya daxilindəki hərbi əməliyyatının genişlənməsinə ciddi dəstək verə bilər:

“Bu isə istisna deyil. Artıq bu prosesin təzahürləri görünməkdədir. Moskva istəməsə də, hərbi resursunun çatışmazlığı səbəbindən ən azından Ermənistandakı hərbi qüvvələrinin bir hissəsini bölgədən çıxarıb, Ukrayna cəbhəsinə yollamaq məcburiyyəti qarşısında qala bilər”.

Xatırladaq ki, qlobal nəşrlər Ukraynanın sözügedən hücumlarını Kiyev administrasiyasının müqavimət gücünün hələ də davam etdirilməsi kimi qiymətləndirib. Analitiklərinin fikrincə, 83 il sonra Rusiya ərazilərində ikinci bir hərbi qüvvənin mövcudluğu yeni dünya nizamının qurulması və Rusiya-Ukrayna müharibəsinin davam etməsi kontekstində fərqli bir addım kimi dəyərləndirilir.

Rafi Müslümov

COP29

www.yenicag.az

310
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv