“Kurtlar Vadisi Pusu” daha çəkilməyəcək? – Necati Şaşmaz yeni layihə ilə ekranlara geri dönür

Türkiyənin ən reytinqli seriallarından olan “Kurtlar vadisi pusu” daha yayımlanmayacaq.

Yenicag.az xəbər verir ki, serialın baş qəhrəmanı və ssenari müəlliflərindən olan Necati Şaşmaz özünün yeni – “Növbə 7/24” (“Nöbet 7/24”) serialını çəkməyə başlayıb.

Serialın ilk bölümü üçün çəkiliş məkanı müəyyənləşdirilib. Serialın dəqiq hansı tarixdə efirdə olacağı açıqlanmasa da , “Show TV” kanalı ilə müqavilə bağlanıldığı qeyd olunub.

Qeyd edək ki, “Kurdlar Vadisi Pusu”nun “Cahit” obrazı da yeni seriala çəkiləcək və kapitan rolunu canlandıracaq.