!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Laçın” Futbol Komandasının problemi çözüldü

!Reklam – Yazi

10859804_995927433756672_1663705287_nBu yaxınlarda mətbuatda Qaradağ rayon Umid qəsəbəsində məskunlaşan məcburi köçkün gənclərindən ibarət Laçın Futbol Komandası fəaliyyəti və yaşadığı problemləri haqqında məlumat verilmişdi.

Laçın Futbol Komandasının baş məşqçisi Abuzər Nadirov bizimlə söhbətində komandanın fəaliyyətindən danışdı və həll edilən problemindən söz açıb.

“Bu göstərir müxtəlif yarışlarda uğurlu çıxış edən komanda AFFA tərəfindən təşkil olunan muxtəlif yaş qurplari üzrə keçirilən ölkə birinciliyində də iştirak edir. Komanda bir neçə ildir ki, dəstək olmadığından böyük çətinliklər yaşamaqla yanaşı, bəzi turnerlərə qatila bilmirdi. Bəzən bu çətinliklərin ucbatından zəif çıxış edirdi. Ancaq bu günlərdə ölkəmizdə öz nəcib işləri ilə seçilən VF AzərKredit təşkilatının komandaya dəstəyi komandanın bütün üzvləri ilə yanaşı ictimayətin də böyük sevincinə səbəb olub.
Fürsətdən istifadə edib, VF AzərKredit təşkilatinin rəhbərliyi başda olmaqla bütün əməkdaşlarına minnətdarlığımı bildirirəm. Məhz bu dəstək sayəsində artıq uşaqlar keyfiyyətli məşq prosesi keçir və lazim olan bütün vasitələrdən istifadə edirlər. Keyfiyətli məşq uşaqlarda böyük ruh yuksəkliyi yaradır, bu isə yarışların qalibi olmasında əsas amil olmaqla yanaşı, istedadlı futbolçuların inkişafı üçün də çox önəmlidir. Əgər nəzərə alsaq ki, bu uşaqlar məcburi köçkün həyatı yaşayan ailələrin üzvləridir, onda bu dəstəyin cəmiyətimiz üçün nə qədər faydalı olduğu bir daha aydın görünür. Bu eyni zamanda sağlam həyat tərzi olmaqla yanaşı uşaqlarda da özünə inam hissinin güclənməsində böyük rol oynayır. Bu cəmiyyətimiz üçün faydalı bir işdir.

Mən və komandamız adından tanınmış jurnalist Elnur Eltürkə təşəkkürümüzü bildirir ki, komandanın problemlərini mətbuatda işıqlandırdıqdan sonra,problem öz həllini tapdı və qısa zamandan sonra reaksiya verildi”.

Rövşən Ziya

www.yenicag.az

545
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv