!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Laçında qəbirüstü at fiqurları tapıldı - FOTO

!Reklam – Yazi

Laçın rayonunun Ərdəşəvi kəndi yaxınlığında “El qəbirstanlığı” deyilən ərazidə qəbirüstü at fiqurları aşkar olunub.

Yenicag.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən açıqlama verilib.

Bildirilib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən monitorinqlər həyata keçirilir. At fiqurları da aparılan monitorinqlər zamanı aşkar edilib: “Tapılan at fiqurlarının qeydiyyata götürülməsi və qorunması istiqamətində tədbirlər görülüb. Monitorinqlər zamanı qəbirüstü at fiqurları da əməkdaşlarımız tərəfindən Laçın rayonunun Ərdəşəvi kəndi yaxınlığında “El qəbirstanlığı” deyilən ərazidə aşkar olunub”.

www.yenicag.az

435
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv