Lamiyənin işi məhkəməyə qayıtdı

media-hightechnic-468x90

88865Baş Prokurorluq məhkum Lamiyə Quliyevanın 2010-cü ildə Cinayət Məcəlləsinin 317.2-ci maddəsi ilə olan hökmünün ağırlığına görə apelyasiya protesti və müddətin bərpa olunması üçün vəsatət verib.

Bu gün 4 saylı cəzaçəkmə müəssisəsində Xətai rayon məhkəməsinin hakimi Habil Məmmədovun sədrliyi ilə vəsatətə baxılıb. Dövlət ittihamçısı qismində Eldar Balakışiyev çıxış edib. Müddətin bərpa olunması ilə bağlı vəsatət təmin edilib, protestə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilib.

Prosesdə Lamiya Quliyevanın müdafiəçisi Fəxrəddin Mehdiyev, həmçinin Lamiyə Quliyeva özü iştirak edib.

İşə yaxın zamanlarda Apelyasiya Məhkəməsində baxılacaq(azadlıq.info).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600