Reklam: High Technic
hightechnic

Lapşin anası ilə görüşüb

Bloger Aleksandr Lapşinin anası onunla görüşüb.

Bu barədə APA-ya Lapşinin vəkili Eduard Çernin məlumat verib.

O bildirib ki, bir neçə gün əvvəl Azərbaycana gələn Bella Lapşina ötən gün 1 saylı Bakı İstintaq Təcridxanasında A. Lapşinlə görüşüb.

Vəkilin bildirdiyinə görə, A. Lapşin saxlanma şəraitindən şikayət etməyib.

Xatırladaq ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A. Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi əsasında təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib.

Yeniçağ.az

www.yenicag.az

112