Laricani üçün dəfn mərasimi keçirildi! İran xalqı meydanlara axın etdi - FOTO

media-hightechnic-468x90

ABŞ və İsrailin hava hücumları nəticəsində öldürülən yüksək rütbəli təhlükəsizlik rəsmisi Əli Laricani və “Bəsic” qüvvələrinin lideri Qulamrza Süleymani üçün bu gün İranın paytaxtı Tehranda dəfn mərasimi keçirilib. İran xalqı həlak olan şəxslərlə vidalaşmaq üçün meydanlara axışıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki,İran dövlət mediasının yaydığı məlumata görə, rəsmi şəxslər Milli Təhlükəsizlik Ali Şurasının baş katibi Əli Laricaninin çərşənbə axşamı səhər saatlarında törədilən hücumda öldürüldüyünü açıqlayıblar. Hücum zamanı onun oğlu Mürtəza, müavini Əlirza Bayat, Şuranın bir neçə əməkdaşı və mühafizəçiləri də həyatını itirib. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Süleymaninin də həmin gün ABŞ-İsrail birgə hücumunda öldürüldüyünü təsdiqləyib.

media-ali-laricani-icin-cenaze-toreni-duzenlendi-iran-halki-meydana-akin-etti-1778001_202603181450_20260318145015_1

Laricani və Süleymani ötən aydan bəri ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibədə həlak olan ən yüksək rütbəli rəsmilər sırasındadır.

ABŞ və İsrail fevralın 28-dən bəri İrana qarşı birgə hücumlarını davam etdirir. Bu hücumlarda indiyədək aralarında Ali Rəhbər Əli Xameneinin də olduğu təxminən 1300 nəfər həlak olub.

İran buna cavab olaraq İsrail, İordaniya, İraq və ABŞ hərbi bazalarına ev sahibliyi edən Körfəz ölkələrini hədəf alan PUA və raket zərbələri endirib. Bu qarşılıqlı hücumlar can itkiləri və infrastrukturun dağılması ilə yanaşı, qlobal bazarlara və mülki aviasiyaya da ciddi ziyan vurub.

Yenicag.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05