Lavrov: “Aİ bizi Cənubi Qafqazda sıxışdırmaq istəyir”

media-hightechnic-468x90

Avropa İttifaqı Rusiyanı Mərkəzi Asiya və Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq planlarını gizlətmir, buna nail olmayacaq.

Yenicag.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Moskva. Kreml. Putin” verilişində deyib.

Jurnalist Pavel Zarubin bu fraqmenti Telegram kanalında yayıb.

“Avropa İttifaqı bizi hər cür cilovlamaq, Mərkəzi Asiya və Cənubi Qafqazdan sıxışdırmaq niyyətini gizlətmir. Bu alınmayacaq. Tarixən buradayıq və heç yerdə yox olmayacağıq. Tərəfdaşlarımız, müttəfiqlərimiz bunu çox gözəl bilirlər”, – deyə XİN rəhbəri bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600