“Lavrov “beşinci kolon”un gözləntilərini alt-üst etdi”

media-hightechnic-468x90

mmmmmmmklAzərbaycan nümayəndə heyətinin NATO-nun Bakıda keçirilən seminarında anti-Qərb çıxışları ictimaiyyətdə müxtəlif fikirlər formalaşdırıb. Hesab olunurdu ki, Azərbaycan Qərbə qarşı sərt çıxışının nəticəsi olaraq, Rusiya ilə yaxınlaşacaq. Hətta bəzi ekspertlər belə güman etdilər ki, Azərbaycan tərəfi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfər etdiyi gün rəsmi olaraq Moskva ilə yaxınlaşdığını açıqlayacaq.

Sergey Lavrovun bu gün Bakıya səfəri baş tutdu. Lakin səslənən fikirlər real əksini tapmadı.

Hafta.az-a açıqlamasında politoloq Vəfa Quluzadə bundan sonrakı Azərbaycan-Rusiya əlaqələrinin hansı mərhələdə inkişaf edəcəyindən danışıb. O bildirib ki, Lavrovun Bakıda etdiyi çıxış bütün planları alt-üst etdi:

“Azərbaycanda olan Rusiyanın “beşinci kolon”u Lavrovun Bakıya səfərini səbirsizliklə gözləyirdilər. Onlar düşünürdülər ki, Rusiya rəsmisi Qarabağ məsələsini gündəmə gətirəcək. Bununla da Rusiya ən azı bir neçə rayonumuzu işğaldan azad etməyə öhdəlik götürəcək. Nəticədə isə nəzərdə tutduğumuz “beşinci kolon” bu hadisəni bayram edib, uzun müddət Lavrovun sağlığına yeyib, içəcəklər. Lakin gözlənilənlərin əksi baş verdi. Lavrovun sözündən belə çıxdı ki, Dağlıq Qarabağ probleminin həllinə Rusiya qarışmayacaq. Problem nə zaman öz həllini tapacaqsa, tapsın. Lavrov bura Azərbaycanı Avrasiya və Gömrük İttifaqına daxil olmağa məcbur etməyə gəlib. Rusiya öz tələblərini irəli sürdüyü halda Azərbaycanın Dağlıq Qarabağla bağlı ortaya qoyduğu şərtlərə əməl etmək istəmir. Təbii ki, belə olan halda Azərbaycan da adıçəkilən ittifaqlara qoşulmayacaq”.

Politoloq bildirib ki, Ermənistan rəsmisinin son zamanlar Azərbaycana qarşı sərt bəyanatlarlar verməsinin də arxasında Rusiya dayanır:

“Erməni nümayəndəsinin deməsi ki, Azərbaycanı Kür çayına kimi işğal edəcəyik. Bu Rusiyanın bir zamanlar Azərbaycanı hədələyərkən işlətdiyi cümlədir. Vaxtilə Rusiyanın Minsk Qrupundakı həmsədri olan Vladimir Kazimirov bizə qarşı səslənmişdi ki, özünüzü yaxşı aparın, yoxsa sizi gəlib Kürə qədər işğal edərik. Gedişat göstərir ki, bundan sonra da Azərbaycanla Rusiya arasında indikindən fərqli heç bir münasibət olmayacaq”.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda səfərdədir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600