Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Lavrov: “Bütün antiRusiya tədbirlərinə qarşı layiqli cavab verəcəyik”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın antiRusiya sanksiyalarına lazımi cavab veriləcəyini açıqlayıb.

Yenicag.az xəbər verir ki, Lavrov bu sözləri Slovakiyanın “Pravda” qəzetinə verdiyi müsahibəsində bildirib.

Nazir iki ölkə arasındakı münasibətlərin gərgin olmasına ABŞ daxili siyasət konyunkturunun əhəmiyyətli dərəcədə mənfi təsir göstərdiyini qeyd edib.

“Vaşinqtonda bəzi qüvvələr antiRusiya təbliğatına kifayət qədər kömək göstərir və qarşılıqlı münasibətlərdə hər hansı bir müsbət irəliləyişə maneə törədir” – deyə Lavrov əlavə edib.

“Helsinki yığıncağından sonra, ABŞ prezidenti Tramp alovlu çıxışlar edərək Konqresin Rusiyaya qarşı yeni təşəbbüslərlə çıxış edəcəyini qeyd edib. Amerikalıların dialoqa hazır olduqlarına dair sözlərinə baxmayaraq, onsuzda mürəkkəb vəziyyətdə olan qarşılıqlı əlaqələrimizi daha da ağırlaşdıran qeyri-obyektiv tədbirlər görürük. Məsələn, avqustun 8-də Skripal böhranında haqqımız olan bütün iddialarımıza qarşı yeni antiRusiya tədbirləri qəbul edildi və ABŞ rəsmilərilə onlarla razılaşmayacağımız təqdirdə bizə daha böyük həcmdə sanksiyalar tətbiq edəcəkləri ilə təhdid etdilər. Həmçinin bioloji silahların varlığı ilə bizi qorxutmağa çalışdılar” – deyə vurğulayıb.

“Biz bizə qarşı atılan bütün antiRusiya tədbirlərinə qarşı sakit və praktik bir şəkildə hərəkət etməyə davam edirik. Əlbəttə ki, ultimatumlarla, hədə-qorxularla Rusiya ilə danışmaq cəhdləri nəticəsiz qalacaq. Ancaq bir-birimizin maraqlarına qarşılıqlı hörmət prinsipinə əsaslanaraq ABŞ-la normal münasibətlər qurmağa hər zaman hazırıq” – deyə rusiyalı nazir fikirlərini tamamlayıb.

Qeyd edək ki, ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarına səbəb keçmiş Rusiya kəşfiyyatçısı Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsi və ABŞ Dövlət Departamentinin Rusiyanın 1991-ci ildə “Kimyəvi və Bioloji Silahların İdarə Edilməsi və Silahların Azaldılması Qanunu” pozması iddialarıdır. Sərtləşdirilmiş sanksiyalar bazar ertəsi günündən qüvvəyə minib. Yeni sanksiyalar Rusiya elektron cihazlarının və ikitərəfli digər məhsulların tədarükü üçün tam qadağa qoyub.

Həşim

www.yenicag.az

2505
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100