Xəbər verildiyi kimi, Rusiya xarici İşlər naziri Sergey Lavrov ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ probleminə də toxunaraq bu məsələnin Azərbaycanın daxili işi olmadığını bildirib. Bununla da ATƏT-in Minsk qrupu həmsədri olan bir ölkənin baş diplomatı əslində, münaqişədə tərəf tutduğunu ortaya qoymuş oldu.

Görəsən, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların Lavrovun sözügedən açıqlamasına münasibətləri necədir? Onlar bununla bağlı hansısa bir etiraz bəyanatı ilə çıxış etməyi düşünürlərmi?

ASDP sədri Araz Əlizadə Lavrovu riyakarlıqda ittiham etsə də, partiya olaraq məsələ ilə bağlı etiraz bəyanatı ilə çıxış etməyin gülünc olduğunu bildirdi:

Araz Əlizadə ile ilgili görsel sonucu“Lavrovun dediyi bu sözlər diplomatik dildə mənasız sözlərdir. Lori dildə isə bu, riyakarlıqdır. Lavrov özü boynuna alır ki, Azərbaycan torpaqları işğal olunsun. Özü ondan qabaq deyirdi ki, hər şey BMT nizamnaməsi çərçivəsində həll edilməlidir, ancaq sülh yolu ilə. Torpaq işğal olunubsa, müharibə yolu ilə də azad edilməlidir. Ya da Ermənistanda söz sahibi olan Rusiyanın nümayəndəsi kimi İrəvanı yerində oturtmalı idi. Amma necə desin? Qarabağı məgər ermənilər işğal edib? Onlara bu işğalı həyata keçirtməkdə rus ordusu kömək edib. Ruslar işğal edib, verib ermənilərə. Rus ordusu olmasaydı, ermənilər Qarabağı işğal edə bilməzdi. Lavrov onu da deyir ki, Minsk qrupu həmsədrləri arasında Qarabağın həlli məsələsində fikirayrılığı var. Orada hansı fikirayrılığı ola bilər ki, Rusiya kimi Fransa, ABŞ da erməniləri müdafiə edir. Amma Lavrovun həmin açıqlaması ilə bağlı etiraz bəyanatı ilə çıxış etməyəcəyik. Səfirliyə bununla bağlı etiraz bildirmək ölkəmizin Xarici İşlər Nazirliyinin işidir”.

Müsavat Partiyasının başqanı Arif Hacılı Rusiya xarici işlər nazirinin açıqlamasından təəccüblənməyib:

Arif Hacılı ile ilgili görsel sonucu““Lavrovun bu açıqlaması məni təəccübləndirmədi. Çünki Rusiya əzəldən Qarabağ münaqişəsində Ermənistan tərəfində olub, daim işğalçı ölkəni dəstəkləyib. Lavrov bu açıqlaması ilə Rusiyanın Qarabağla bağlı mövqeyini qismən deşifrə edib. Müsavat rəhbərliyi məsələ ilə bağlı öz mövqeyini bildirib. Ümumiyyətlə, bu münaqişə ilə əlaqədar bizim Rusiyanın siyasətilə bağlı birmənalı mövqeyimiz var. Hesab edirik ki, Rusiyanın dəstəyi, bilavasitə iştirakı ilə ərazilərimiz işğal olunub. Bu dəstək və iştirak olmasa, Azərbaycan öz ərazilərini işğaldan azad etməyə qadirdir”.

ADP sədri Sərdar Cəlaloğlu isə Lavrovu beynəlxalq hüququ dərindən bilməməkdə suçladı:

Sərdar Cəlaloğlu ile ilgili görsel sonucu“Bu məsələni gələn həftənin ilk günü partiyada müzakirə edəcəyik. Amma Lavrovun bu münasibəti göstərir ki, Rusiya burada xristian və etnik təəssübkeşlikdən çıxış edir. Lavrovun özü də mənşəcə ermənidir. Əslinə baxsaq, Dağlıq Qarabağ məsələsi mürəkkəb məsələdir. Burada bir Dağlıq Qarabağ var, bir də Ermənistanla Azərbaycan arasında münaqişə. Minsk qrupu Azərbaycanla Ermənistan arasında münaqişəni yoluna qoymaq üçün yaradılıb. Dağlıq Qarabağ problemini həll etmək üçün yox. Dağlıq Qarabağ dolayısı ilə Ermənistanla Azərbaycan arasında beynəlxalq münaqişə yaradıb. Ona görə də Lavrovun bu fikri ancaq Ermənistanla Azərbaycan arasında münaqişəyə aid ola bilər. Dağlıq Qarabağ isə Azərbaycanın daxili işidir. Öz ərazisində özünün süveren hüququnu bərpa etmək beynəlxalq hüquqa görə Azərbaycan dövlətinin müstəsna hüququdur. Nə Rusiya, nə də başqa bir tərəf bu məsələdə Azərbaycanın qarşısını ala bilməz. Sadəcə olaraq Ermənistan Azərbaycanın daxili işlərinə müdaxilə edib, Dağlıq Qarabağda yaşayan ermənilərə hərbi dəstək verdiyindən İrəvanla Bakı arasında münaqişə yaranıb ki, bu da iki dövlət arasında olduğundan beynəlxalq məsələdir. Lavrov beynəlxalq hüququ dərindən bilmir deyə, belə bir yanlış bəyanat verib. Onların vəzifəsi Ermənistanla Azərbaycan arasında atəşkəsin gözlənilməsidir. Yoxsa, Azərbaycandan Qarabağı qoparıb, Ermənistana vermək deyil. Dağlıq Qarabağ məsələsi tamamilə fərqli bir hüquqi müstəvidə, dispozitiv beynəlxalq hüquq normaları ilə həll olunur. Amma Ermənistanla Azərbaycan arasında münaqişənin yatırılması isə beynəlxalq hüququn imperativ normaları ilə müəyyən olunur. Burada birincilik verilir imperativ hüquqa, yəni Ermənistanla Azərbaycan arasında müharibə olmamalıdır. Lakin Dağlıq Qarabağın statusu məsələsi müstəsna olaraq, Azərbaycan dövlətinin səlahiyyətinə aiddir. Lavrov nə prosesin mahiyyətini bilir, nə də Rusiyanın vasitəçi olaraq burada nə üçün iştirak etdiyindən xəbəri var. Rusiya heç zaman səmimi olaraq münaqişənin qarşısının alınmasına çalışmayıb, əksinə Qarabağın Azərbaycandan qoparılması üçün bu prosesə qoşulub”.

AMİP funksioneri Əli Orucovun fikrincə, Lavrov sözügedən fikirləri heç də təsadüfü olaraq deməyib:

Əli Orucov ile ilgili görsel sonucu“AMİP olaraq Lavrovun həmin açıqlamasına dərhal reaksiya verdik. Onun bu açıqlaması xoşagələn hal deyil. Bu bəyanat müstəqil bir dövlətin ərazi bütövlüyünə açıq müdaxilədir və BMT nizamnaməsinə, beynəlxalq prinsiplərə kökündən ziddir. Təbii ki, Lavrov bu fikirləri təsadüfü olaraq səsləndirməyib. Onun arxasında görünür Moskvanın başqa planları var. Bu, həm də onu göstərdi ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən və Minsk qrupunun həmsədrlərindən olan Rusiya əslində, beynəlxalq prinsip və hüquq normalarına, hətta qonşularına belə sayğısızlıq nümayiş etdirir.

Lavrov tərəfindən həyata keçirilən bu hörmətsizlik Moskvanın xarici siyasətdə göstərdiyi aqressiv siyasətin bir əlamətidir. Eyni zamanda Bakı ilə Moskva arasındakı münasibətlərə xələl gətirə biləcək bir haldır. Çünki belə yanaşma Azərbaycanı təhdidlərdən qorunmaq üçün özünə yeni tərəfdaşlar axtarışına çıxmağa məcbur edə bilər. Halbuki, Azərbaycan qonşuları ilə mehriban münasibətlərin olmasında maraqlıdır. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi məsələsidir və onu da biz həll etməliyik”.

ELÇİN

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 61
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."