Lənkəranda ağır yol qəzası baş verdi
Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) verilən məlumata görə, hadisə iyunun 4-də səhər saatlarında Lənkəran-Lerik şose yolunun 19-cu kilometrliyində, rayonun Təngivan kəndindən keçən hissəsində qeydə alınıb.
Lerik rayon sakini, 1971-ci il təvəllüdlü Qafur Abutalıb oğlu Alxasovun idarə etdiyi “Niva” markalı avtomobil Lənkəran rayonunun Şağlakücə kənd sakini, 1982-ci il təvəllüdlü Rafiq Rafil oğlu İsmayılovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə toqquşub. Güclü zərbə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan “Niva”nın sürücüsü hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.