Lənkəranda balıq tutmaq istəyən şəxs faciəli şəkildə öldü

media-hightechnic-468x90

Lənkəranda 59 yaşlı şəxs balıq tutmaq istəyərkən dənizdə boğularaq ölüb.

media-banner_tkm

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə Aşağı Nüvədi kəndi ərazisində baş verib.

Belə ki, 1967-ci il təvəllüdlü Məmməd Quliyev balıq tutmaq məqsədilə Xəzər dənizinin Lənkəran sahilinə gedərək dənizə çıxıb.

Xəzər dənizinin geri çəkilməsi nəticəsində həmin istiqamətdə quyu və kanal yaranıb. Məlumata görə, əslində həmin ərazilərə bələd olan M.Quliyev quyu və kanalın yaranmasından xəbərsiz olub.

Bu zaman M.Quliyev həmin kanala düşərək dəniz suyunun onu aparması nəticəsində boğularaq ölüb.

Qeyd edək ki, Məmməd Quliyev Bakı şəhərində yaşayır. O, dünən yaxınlarının ad günündə iştirak etmək üçün rayona qayıdıb.

Bu gün M.Quliyev onunla gələnləri Bakı şəhərinə yola salandan sonra özü balıq tutmaq məqsədilə dənizə gedib.

Dənizdən çıxarılan meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05