Lənkəranda evləri su basdı

media-hightechnic-468x90

82204Cənub bölgəsinə yağan intensiv yağışlar nəticəsində Lənkəran rayonunda fövqəladə vəziyyət yaranıb.

Lənkəran şəhərində və kəndlərdə böyük gölməçilər yaranıb.

Rayonun kəndlərində də vəziyyət acınacaqlı hal alıb. Yüzlərlə evin həyəti yağış suları ilə dolub. Bir çox evlərin birinci mərtəbələri su altında qalıb.

Hadisə ilə bağlı rayon icra nüməyəndələri ərazilərə baxış keçirirlər. İcra hakimiyyətindən bildirilib ki, yağış sularının axması üçün kanallar açılıb. Qısa müddət ərzində problemin aradan qaldırılacağı bildirilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600