Lənkəranda faciə - Qadın körpəsini dünyaya gətirib öldü

media-hightechnic-468x90

Lənkəranda ana övladını dünyaya gətirdikdən sonra vəfat edib.

Ötən gecə vəziyyəti ağır olduğundan 1979-cu il təvəllüdlü Osaküçə kənd sakini Bəfanə Kərim qızı Quliyeva Lənkəran Rayon Mərkəzi Xəstəxanasında təcili olaraq əməliyyata alınıb.

O, qeysəriyyə əməliyyatı ilə qız uşağı dünyaya gətirib. Lakin əməliyyatdan sonra qanaxma baş verib. Növbəti dəfə əməliyyat olunan qadın gecə saatlarında vəfat edib.

Körpənin vəziyyəti normaldır. Məlumata görə, B.Quliyeva uzun müddət Bakıda müalicə alıb. Anaya körpəni dünyaya gətirməmək tövsiyə olunsa da, buna məhəl qoymayıb. Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600