Lənkəranda qanunsuz şirniyyat sexi aşkarlandı-Foto

media-hightechnic-468x90

ee63fdabc8800f52b8f63866c4e38d79Lənkəran şəhərində ev şəraitində hazırlanan şəkərli-qənnadı məmulatlarının (konfet) istehlak bazarına çıxması ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanan məlumatların araşdırılması məqsədilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti monitorinq aparıb.
Yenicag.az apa-ya istinadən bildirir ki, xidmətin Lənkəran ərazi idarəsi əməkdaşlarının araşdırmaları nəticəsində müəyyən olunub ki, Lənkəran şəhəri, Tofiq İsmayılov küçəsində yerləşən yaşayış mənzilində gizli və qeyri-qanuni sahibkarlıq fəaliyyəti göstərilib. Adıçəkilən ünvanda kustar yolla şəkərli-qənnadı məmulatları (konfet) istehsal edilərək istehlak bazarında satışa çıxarılıb.
Yaşayış binasının I mərtəbəsində yerləşən istehsal yerinə baxış zamanı müəyyən olunub ki, sexdə konfetlərin istehsalı sanitariya norma və qaydalara uyğun gəlməyən, standartların tələblərinə cavab verməyən şəraitdə həyata keçirilib, məhsulların keyfiyyət və təhlükəsizlik göstəriciləri yoxlanılmayıb, istifadə olunan cihazlar kustar üsulla hazırlanmış avadanlıqlar olub.
Mənzildə şirniyyat istehsalı və satışı dayandırılıb, qanunvericiliyə müvafiq tədbirlər görülüb.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600