Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Lerik rayonunda baş vermiş yanğın söndürüldü

Avqustun 3-də, saat 13:00 radələrində Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Lerik rayonunun Günəşlı kəndinin Lerik meşəbəyliyində yanğın hadisəsi baş verib.

Mürəkkəb relyefli, yüksək dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yerli qurumlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və rayon sakinləri cəlb olunub.

ETSN-in mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, yanğın 18:00 radələrində söndürülüb və 0,7 hektar ərazidə quru ot örtüyü və kol-kos yanıb.

Havaların isti və quraq keçməsi ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir daha əhalini təbiətdə olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

www.yenicag.az

1410
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100