Lerikə istirahətə gedən Bakı şəhər sakinlərinin qidadan hansı səbəbdən zəhərləndiyi ilə bağlı araşdırma aparılır.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, ilkin araşdırmalar nəticəsində məlum olub ki, sanitar-gigiyenik norma və tələblər gözlənilmədən, o cümlədən saxlama şəraitinə və temperatur rejiminə əməl olunmadan açıq hava şəraitində həmin şəxslər tərəfindən istehlak üçün hazırlanmış qida məhsullarını qəbul etdikdən sonra tibbi yardıma müraciət olunub:
“Hazırda zərərçəkənlərin sağlamlığı normaldır. Agentliyin mütəxəssisləri tərəfindən müvafiq qurumlarla birgə araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsi barədə əlavə məlumat veriləcək”.
***
Lerikə istirahətə gedən Bakı şəhər sakinləri qidadan zəhərləniblər.
Yenicag.az xəbər verir ki, Lerikdə istirahət mərkəzlərində istirahətdə olan Bakı şəhər sakinləri qidadan zəhərləniblər. Zəhərlənənlərdən 6-sı azyaşlı olmaqla ümumilikdə 11 nəfər Lənkəran rayon mərkəzi xəstəxanasının acil şöbəsinə çatdırılıb. İlkin ehtimala görə, zəhərlənən şəxslər özləri ilə gətirdikləri ərzaqdan zəhərləniblər.
Xəstəxanadan verilən məlumata görə Bakı şəhər sakinləri olan 3 ailənin üzvləri
1992 – ci il təvəllüdlü Nihat Elman oğlu Xəlilzadə
1991 – ci il təvəllüdlü Firuzə Polad qızı Xəlilzadə
2018 – ci il təvəllüdlü Elman Nihat oğlu Xəlilzadə
2014 – cü il təvəllüdlü Mədinə Nihat qızı Xəlilzadə
1993 – cü il təvəllüdlü Arzu Ələskər qızı Hənifəyeva
1990 – cı il təvəllüdlü Səbinə Canbulaq qızı Hənifəyeva
2020 – cı il təvəllüdlü Milay Cavid qızı Hənifəyeva
2016 – cı il təvəllüdlü Elnur Cavid oğlu Hənifəyev
1987 – ci il təvəllüdlü Cavid Canbulaq oğlu Hənifəyev
2012 – ci il təvəllüdlü Könül Elçin qızı Cənnətalıyeva
2018 – ci il təvəllüdlü Yusif Elçin oğlu Cənnətalıyevə ilkin tibbi yardım göstərilib./unikal.az/
www.yenicag.az