!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lerikdə üç gündür bağlı qalan yol açıldı

!Reklam – Yazi

Lerik rayonunda bağlı qalan Çayrud kənd yolu bu gün tam olaraq açılıb.

Yenicag.az xəbər verir ki, bu barədə APA-ya Çayrud kəndi üzrə icra nümayəndəsi İlkin Hüseynov məlumat verib.

İcra nümayəndəsinin sözlərinə görə, səhər saatlarından əraziyə xüsusi “Ruksun” texnikası gətirilib.

Həmin texnikanın vasitəsilə yolda qalan iri qaya parçaları partladılıb və yoldan kənarlaşdırılıb.

Hazırda yolda nəqliyyatın hərəkəti tam olaraq bərpa olunub.

Qeyd edək ki, üç gün bundan öncə Lerik rayonunun Çayrud kəndində dağ uçqunu baş verib. Nəticədə rayonun Çayrud kəndinə gedən yol bağlanıb.

COP29

www.yenicag.az

203
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv