Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Leyla Əliyevadan aztəminatlı ailələrə şad xəbər

Reklam: Sinerji Pro

“Biz bir neçə həftə öncə İDEA olaraq Azərbaycanın aztəminatlı ailələri üçün meyvə bağlarının yaradılması ilə bağlı layihə irəli sürmüşük”

Bunu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva IV Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Ərzaq təhlükəsizliyi və dayanıqlı cəmiyyət naminə mədəniyyətlərarası dialoq: Davamlı inkişaf və sülhün təmin olunması üçün əsas elementlər” plenar sessiyasında deyib.

L. Əliyeva qeyd edib ki, ərzaq təhlükəsizliyi, ətraf mühitin qorunması, dayanıqlı inkişafı heç bir ölkə təkbaşına edə bilməz: “Qlobal əməkdaşlıq bu sahədə çox vacibdir. Bu baxımdan biz İDEA təşkilatını təsis etdik. Son 5 il ərzində gənc təşkilatımız gözəl nəticələr əldə edib. Ölkə ərazisində 5 milyon ağac əkmişik. Ceyranların tamamilə məhv olunmasının qarşısını almışıq. Qafqaz bəbiri və Qafqazda bizonun artması üçün tədbirlər görmüşük. Xəzər dənizində qızıl balığın qorunması üçün İDEA Kür çayının deltasının təmizlənməsi işini görüb. Bir neçə həftə əvvəl Azərbaycanın aztəminatlı ailələri üçün meyvə bağının salınması işini yerinə yetirmişik. Bunu FAO ilə birlikdə həyata keçiririk. Din, irq və inancdan asılı olmayaraq, bir planetdə yaşayırıq. İnsan fəaliyyəti təbiətin qanunlarını pozur və böyük fəlakətlər gətirir. İnsanlar bu zənginlikləri itirməli deyil. Hər kəsi dəvət edirəm ki, dialoqa hər zaman açıq olaq”.(Azvision)

Yeniçağ.Az

www.yenicag.az

394