Leyla Əliyeva Polad Bülbüloğlunun heykəlinin açılışında

media-hightechnic-468x90

80684_sxt3a5ni0bAzərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, xalq artisti Polad Bülbüloğlunun Moskvada heykəli qoyulub.

Heykəl Rusiya Federasiyasının Rəssamlıq Akademiyasında yaradılıb.

Heykəlin yaradıcısı Rusiya Rəssamlıq Akademiyasının prezidenti, UNESCO-nun xoşməramlı səfiri Zurab Tseretelidir.

Abidənin təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, alim, əməkdar elm xadimi Akif Əlizadə, Moskva Dövlət Humanitar İqtisad Universitetinin rektoru Vaqif Bayramov, Rusiyanın və Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, aparıcı Hacı Nuran iştirak ediblər.

Tədbirdə P.Bülbüloğlunun 15 yaşlı oğlu Murtuza Bülbül qonaqları təəccübləndirib. O səhnəyə çıxaraq, atasının mahnılarından ibarət popurini səsləndirən orkestrə drijorluq edib və sonra atasının mahnısını oxuyub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa