Leyla Yunus erməniləri müdafiə etdi

media-hightechnic-468x90

hhhhhhhhhhhhhhhLeyla Yunus Bakıda keçirilən NATO Parlament Assambleyasının (NATO PA) “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” mövzusunda keçirilən 86-cı Rouz-Rout seminarında erməniləri müdafiə edib. O bildirib: “Azərbaycanda hər il 30 əsgər dünyasını dəyişir. Onlar erməni snayperlərinə görə dünyalarını dəyişmirlər. Orduda korrupsiya var. Ordu peşəkar olmalıdır”.

Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat, Asim Mollazadə bildirib ki, Leyla Yunus Azərbaycanı gözdən salmaq istəyir:

“Leyla Yunusun xarici qonaqların qarşısında bu cür “şou” göstərməsi birinci dəfə deyil. O hər dəfə oxşar ssenarini müxtəlif məqsədlər üçün istifadə edib. Bu dəfə isə Leyla Yunusun missiyası Azərbaycanın Qərblə əlaqələrini korlamaqdan ibarətdir. O istəyir ki, Azərbaycanın Qərblə olan münasibətləri zəifləsin. Buna görə də NATO PA-nın seminarında məlum “şou”larını sərgiləyir”.

Qeyd edək ki, 86-cı Rouz-Rout seminarının birinci günü Leyla Yunus siyasi məhbus adlandırdıqları şəxslərin şəkillərini xarici qonaqlara göstərib. O bildirib ki, siyasi məhbusu olan ölkədə hansısa inkişafdan danışmaq əbəsdir.

Xatırladaq ki, hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunus aprelin 28-də axşam saatlarında Bakı aeroportunda ölkədən çıxmaq istəyərkən saxlanılıblar.

Baş Prokurorluğun yaydığı məlumata görə, onların saxlanılmasında məqsəd istintaqa şahid qismində cəlb edilmələri olub. Adı çəkilən şəxslərin ermənilərlə iş birliyində olduqları vurğulanır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600