!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Liberman türk düşməni olan bir faşistdir” – türkiyəli millət vəkili - Eksklüziv

!Reklam – Yazi

“Qüds məsələsində Amerika ilə İsrail təkbaşına qalıb”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında İsrailin müdafiə naziri Aviqdor Libermanın Türkiyə ilə münasibətlərə yenidən baxmaq və Ankaraya qarşı təsirli addımlar atmaq çağırışına münasibət bildirən Türkiyə Böyük Millət Məclisinin (TBMM) hakim AKP-dən olan deputatı Burhan Kuzu deyib:

“Öncədən qəti şəkildə bildirirəm ki, İsrailin Türkiyəyə qarşı mümkün sanksiyalarının bizə hər hansı təsiri ola bilməz. Onsuz da İsraillə Türkiyə arasında əsas əməkdaşlıq hərbi sahədədir.

Trampın Qüdslə əlaqədar dəli-axmaq qərarı İslam Əməkdaşlıq Təşkilatına üzv olan 48 ölkənin bir araya gəlməsi ilə qətiyyətlə rədd edildi. Bu addım İsrailə yönələn sillə kimi cavab idi. Liberman da bu zərbənin ağrısından belə danışır. Ümumiyyətlə, Liberman Türk düşməni olan bir faşistdir.

Qüdslə bağlı məsələ yaxın vaxtlarda BMT-də müzakirəyə çıxarılacaq. Amerika yəqin ki, Təhlükəsizlik Şurasının toplantısında Trampın məlum qərarını dəstəkləyəcək, hər hansı əks qərara veto qoyacaq.

Ancaq biz Qüds məsələsini BMT-nin Baş Məclisinə çıxaracağıq. BMT üzvlərinin üçdə ikisinin səsi ilə – yəni təqribən 190 ölkənin dəstəkləyəcəyi təqdirdə, Trampın Qüds qərarı da rədd ediləcək.

Biz – Türkiyə və digər İslam ölkələri – Şərqi Qüdsü Fələstinin paytaxt olaraq, tanıdıq. Dünyada Avropa Birliyi, Asiya, Cənubi Amerika ölkələri də Qüds məsələsində İslam ölkələri ilə həmrəydirlər.

Yəni hazırda İsrail tənha vəziyyətdədir və nə edəcəyini də bilmir. Amerika ilə İsrail ikisi təkbaşına qalıb. Vəziyyət bundan ibarətdir. O baxımdan, Libermanın söylədikləri ciddi qəbul olunan məsələ deyil”.

Qeyd edək ki, İsrailin müdafiə naziri Aviqdor Liberman özünün “Facebook” səhifəsində Türkiyə ilə münasibətlərə yenidən baxmağı təklif edib:

“Son aylar ərzində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yahudi dövlətinə qarşı açıq təhrik üçün istənilən bəhanədən istifadə edir. Fikrimcə, biz Türkiyə ilə münasibətlərimizdə çox şeyə yenidən baxmalıyıq”.
İsrailli nazir Avropaya çəkiləcək qaz boru xəttinin Türkiyədən keçməsi planının da əleyhinə çıxaraq, bu addımın “strateji səhv” olacağını bildirib.

A. Zeynalov

COP29

www.yenicag.az

1542
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv