!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Libermanın Azərbaycana səfəri Rusiya, İran və Ermənistanı narahat edir” – Elxan Şahinoğlu  

!Reklam – Yazi

“İsrail müdafiə nazirinin ölkəyə beşgünlük səfəri Azərbaycanın düşmənlərinə ciddi mesajdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında İsrailin müdafiə naziri Aviqdor Libermanın Azərbaycana səfərinin diplomatik baxımdan kifayət qədər uzun sayılan beş gün davam etməsinə münasibət bildirən politoloq Elxan Şahinoğlu deyib.

Elxan Şahinoğlu bildirib ki, Libermanın səfərinin qeyd olunan müddəti İsrailin Azərbaycana münasibətinin göstəricisidir:
“Həqiqətən də, Libermanın Azərbaycana səfərinin beş gün müddətinə nəzərdə tutulması çox əhəmiyyətli məqamdır. Xatırladım ki, o, Azərbaycana bundan əvvəlki səfərində ölkəmizdə üç gün qalmışdı. O baxımdan, Liberman indiki səfər müddəti ilə öz rekordunu da qırmış oldu.

Bütün hallarda qeyd olunmalıdır ki, İsrailin müdafiə naziri və ölkəsinin ən nüfuzlu siyasətçilərindən biri olan Libermanın Azərbaycana uzunmüddətli səfəri çox böyük əhəmiyyət daşıyır. Ümumiyyətlə, Liberman Azərbaycana olduqca xoş, yaxın münasibəti ilə seçilir və ölkəmizin lobbiçisi kimi tanınır. İsrailin genişçaplı siyasətçisinin və dövlət rəsmisinin ölkəmizə gəlişi Azərbaycanın düşmənlərinə də ciddi mesajdır.

Libermanın Azərbaycanda belə çox qalmasının müxtəlif səbəbləri göstərilə bilər. Ancaq burada Azərbaycan-İsrail münasibətləri və hərbi-texniki əməkdaşlıq imkanlarının müzakirəsi xüsusi yer tutur. Heç kəsə sirr deyil ki, Azərbaycan İsraildən müasir silahlar ala bilən azsayllı ölkələrdən biridir. Məlum aprel döyüşlərində Ordumuzun uğurlu əməliyyatlarının bir səbəbi də İsrail silahlarından istifadə olunması idi. Hesab edirəm ki, Bakıda aparılan müzakirələrdə hərbi-texniki əməkdaşlığın dərinləşdirilməsi məsələsi mütləq dəyərləndirilib.
Digər tərəfdən o da nəzərə alınmalıdır ki, Libermanın Bakıya uzunmüddətli səfərindən narahat olan ölkələr var və onlar əsasən, Rusiya, İran, həmçinin Ermənistandır.

Ermənistanın narahatlığı aydındır. İşğalçı ölkə Azərbaycan-İsrail əməkdaşlığını, xüsusilə hərbi-texniki sahədə işbirliyini özü üçün təhlükə kimi görür və narahat olur.

Rusiyanı ən çox narahat edən məqam isə Azərbaycanın silah bazarında üstünlüyü tədricən İsrailə verməsidir. Başqa sözlə, Azərbaycanın İsraildən silah alışını artırması digər ölkələrin də Rusiya yox, İsrail silahlarına marağını artıra bilər ki, bu da Moskvanı qayğılandırır.

İranda da Azərbaycan-İsrail yaxınlaşmasını təhdid kimi görənlər az deyil. Ancaq əlbəttə ki, bu yanaşma əsassızdır”.

A.Zeynalov

COP29

www.yenicag.az

4272
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv