!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lirə üçün yeni SINAQ: “Türkiyə iqtisadiyyatının bu dalğalanmalara davam gətirməsi...” - ŞƏRH

!Reklam – Yazi

“Türkiyənin milli valyutasına yönəlik təzyiqlər öncə də deyildiyi kimi, daha çox siyasi amillərlə bağlıdır”.

Bu fikirləri Türkiyə lirəsinin ABŞ dolları qarşısında nisbətən ucuzlaşmasının səbəblərinə toxunan iqtisadçı Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında deyib.

İqtisadçının fikrincə, kənar təsirlərə baxmayaraq, Türkiyə iqtisadiyyatı lirəni bu təzyiqlərdən qorumaq gücündədir:

“Əslində, lirənin yeni təzyiqlərlə üzləşəcəyi proqnozlaşdırılırdı. Çünki Türkiyənin ABŞ və NATO-nun digər ölkələri ilə münasibətlərinin hələ də normallaşmaması, həmçinin Ankaranın Suriyada yeni hərbi əməliyyat planlaması və İsveçlə Finlandiyanın NATO-ya üzvlüyünü bloklaması fonunda lirəyə yönəlik təzyiqin olacağı gözlənilirdi. Yəni Türkiyənin milli valyutasına yönəlik təzyiqlər öncə də deyildiyi kimi, daha çox siyasi amillərlə bağlıdır.

Amma burada bir məqamı da nəzərə almaq lazımdır ki, Qərbin təzyiqlərinə məruz qalan Rusiya ilə Türkiyə iqtisadiyyatlarını müqayisə etmək olmaz. Rusiya iqtisadiyyatının bu basqılara davam gətirməyəcəyi şübhə doğurmasa da, Türkiyə ilə əlaqədar vəziyyət fərqlidir. Kimin nə deməsindən asılı olmayaraq, Türkiyə oturuşmuş iqtisadiyyata, dayanıqlı sənayeyə və kənd təsərrüfatına, o cümlədən inkişaf etmiş turizm və xidmət sektoruna malikdir.

Digər tərəfdən, lirəyə qarşı təzyiqin obyektiv tərəfinə də nəzər salmalıyıq. Bu isə ilk növbədə Türkiyənin Suriyanın şimalında keçirməyə hazırlaşdığı hərbi əməliyyatdır. Aydındır ki, müharibə aparan və ya onun hazırlığında olan istənilən ölkədə milli valyutanın emissiyası artır və bu isə onun müəyyən həddə dəyər itirməsinə yol açır. Ancaq hesab edirəm ki, Türkiyə hökuməti öz iqtisadi imkanlarından yararlanaraq lirəyə yönəlik təzyiqləri yaxın vaxtlarda zəiflədə biləcək”.

A.Zeynalov

www.yenicag.az

601
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv