Livan hökuməti "Hizbullah"dan silahların təhvil verilməsini tələb edib

media-hightechnic-468x90

Livan hökuməti “Hizbullah” qruplaşmasından silahı təhvil verməyi tələb edib və döyüş əməliyyatları aparmağı qadağan edib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə “Al-Jazeera” məlumat yayıb.

Qeyd olunub ki, Livanın Baş naziri Nəvaf Salam Beyrutun ərazisindən həyata keçirilən istənilən hərbi əməliyyatları qəti şəkildə rədd etdiyini bildirib.

“Biz “Hizbullah”a hərbi fəaliyyət göstərməyi qadağan edirik və onun rolunu siyasi sahə ilə məhdudlaşdırırıq. Biz hərbi qurumlardan bu qərarın icrasını təmin etmələrini tələb edirik”, – Salam deyib.

Salam hökumətin 2024-cü ildə İsraillə əldə olunmuş atəşkəs razılaşmasına və danışıqların bərpasına sadiqliyini təsdiqləyib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05