Livan Prezidenti: "Silahlar yalnız dövlətin nəzarətində olacaq"

media-hightechnic-468x90

Livan Prezidenti Cozef Aun ölkədəki bütün silahların yalnız dövlətin nəzarətində cəmləşəcəyini və bu istiqamətdə qərarlı olduqlarını bildirib.

Yenicag.az xəbər verir ki, “Al Arabiya” kanalına açıqlama verən Aun silahların toplanması ilə bağlı yol xəritəsinin ordu tərəfindən hazırlanacağını və bu planın ilin sonuna qədər reallaşdırılacağını deyib.

O, bu prosesin nə ölkənin suverenliyinə, nə də hüquqlarına zərər vuracağını bildirib.

Qeyd edək ki, Hizbullah bu qərara etiraz edərək silahların toplanmasının “İsrailə qarşı müqaviməti zəiflədəcəyini” açıqlayıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa