Lökbatanda yaşayış binasında partlayış olub – YENİLƏNDİ

media-hightechnic-468x90

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.

FHN-dən “Unikal”a dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən olunub.

Yanğınsöndürənlər tərəfindən yanğın qısa müddətdə söndürülüb, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə nəticəsində ikiotaqlı mənzilin 1 otağının dəhlizinin yanar konstruksiyaları 26 m² sahədə və mətbəxin lambirdən ibarət tavanı 10 m² sahədə yanıb, partlayış nəticəsində 1 otağın pəncərə çərçivəsi yerindən çıxıb, digər otağın pəncərə şüşələri sınıb və mətbəxin əşyaları dağılıb, bir nəfər xəsarət alıb, qonşu mənzildən 3 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən yaşayış binasında yanğın baş verib.

“Unikal”ın məlumatına görə, yanğın mənzillərin birində qeydə alınıb

Hadisə nəticəsində əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən qüvvələri cəlb olunub. Yanğın nəticəsində xəsarət alanlar barədə rəsmi məlumat açıqlanmayıb

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa