Lombardlarda "QIZIL TƏLƏSİ": "Vətəndaşın malı batır, qanun isə hələ də yoxdur" — VİDEO
Azərbaycanda lombard fəaliyyəti uzun illərdir mübahisə mövzusu olaraq qalır. Rəsmi qaydaların mövcudluğuna baxmayaraq, bu sahə hələ də ayrıca qanunla tənzimlənmir və nəticədə ən böyük zərəri vətəndaşlar görür.
Yenicag.az-a açıqlamasında hüquqşünas Ramil Süleymanov bildirib ki, Milli Məclisdə hər iclasda bu mövzu müzakirə olunur, amma qanun qəbul olunmur.
Onun sözlərinə görə, hazırda lombard fəaliyyəti qanunvericilikdə dolayısı ilə tənzimlənsə də, bu sahə lisenziyalaşdırılmış fəaliyyət növü hesab edilmir və real nəzarət mexanizmi mövcud deyil.
“Mərkəzi Bankın lombard kreditləri ilə bağlı qaydaları olsa da, bu, lombardların fəaliyyətində yaranan problemlərin qarşısını almağa kifayət etmir. Lombard fəaliyyətinin əsasını qızılın girov əmlakı kimi təqdim edilməsi təşkil edir və burada bütün risk faktiki olaraq vətəndaşın üzərinə düşür”.
Onun fikrincə, Milli Məclisdə bu məsələ dəfələrlə müzakirə olunsa da, lombard fəaliyyətini tənzimləyən ayrıca qanunun qəbul olunmaması ciddi boşluq yaradır. Süleymanov qeyd edib ki, dövlətin bu sahəyə ciddi tənzimləyici mexanizmlər gətirməsi artıq zərurətə çevrilib.
Ətraflı videomaterialda:
Samir Məcid












