Luçeskadan gözlənilməz hərəkət-Video

media-hightechnic-468x90

81826Ukraynanın “Şaxtyor” klubun baş məşqçisi matç zamanı özündən çıxıb.

Yenicag.az anspress-ə istinadən bildirir ki, “Atletiko Mineiro” ilə “Şaxtyor” arasında hazırlıq matçı keçirilib. Oyun zamanı bir epizoda əsəbləşən Mirça Luçesku meydançaya daxil olub.

Braziliyada keçirilən qarşılaşma zamanı baş verən hadisə hər kəsi heyrətləndirib. Komandası 4-0 məğlub olduğu üçün əsəbi olan məşqçi hakimin cərmə meydançasındakı qayda pozuntusuna biganə qalmasına qəzəblənib. Baş məşqçi meydançaya daxil olaraq hakimdən penalti tələb edib.

Hakimin xəbərdarlıqlarına baxmayaraq meydançada etirazlarına davam edən məşqçi oyunun dayanmasına səbəb olub. Hakim tərəfindən tribunaya göndərilən Luçesku birbaşa soyunma otağının yolunu tutub.

Qeyd edək ki, bu, məşqçinin ilk belə hərəkəti deyil. Luçeku ötən il noyabr ayında “Şaxtyor”la “Olimpik Donetsk” komandaları arasında baş tutan dostluq matçında da oyuna müdaxilə etmişdi. Mütəxəssis kobud oyuna görə, matçın 39-cu dəqiqəsində meydançaya girərək komandasını matçdan çəkmişdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600