“Lufthansa” hər həftə 100 aviareysi ləğv etmək istəyir

media-hightechnic-468x90

“Lufthansa” aviaşirkəti Almaniyada uçuşların getdikcə bahalaşması, yüksək vergi və rüsumlarla mübarizə ilə əlaqədar aviareysləri azaltmağı planlaşdırır.

Yenicag.az “Bild” qəzetinə istinadla xəbər verir ki, şirkətin rəhbəri Karsten Şpor yerli mediaya açıqlamasında xərclərin 2019-cu ildən etibarən iki dəfə artması ilə əlaqədar gələn yay həftədə təxminən 100 daxili uçuşun ləğv olunacağını bildirib. O, yerli xərclərin azaldılmayacağı təqdirdə daha çox ixtisarın qaçılmaz olacağını vurğulayıb.

Şirkətin rəhbəri Münzen–Münster/Osnabrük və ya Münzen–Drezden kimi aviareyslərin təhlükə altında olduğunu, bu istiqamətlərdə uçuşların zərərlə həyata keçirildiyini bildirib.

Xarici uçuşlarla müqayisədə daxili reyslər hələ də pandemiyadan əvvəlki səviyyəyə çatmayıb. Xüsusilə işgüzar səfərlərin sayı hələ də aşağıdır. Şirkətin qiymətləndirməsinə görə, bu, bir çox hallarda şəxsi görüşlər əvəzinə videokonfranslara üstünlük verilməsi ilə əlaqədardır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa