APA “BelTa”ya istinadən xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
O bildirib ki, Ukrayna qüvvələri dünən gecə Belarusun hava məkanını pozub və buna cavab olaraq bu ölkənin havadan müdafiə qüvvələri hazırlıq vəziyyətinə gətirilib.
“Dünən saat 18:10-da Belarusun Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələri döyüşə hazırlıq vəziyyətinə keçiblər. Ukrayna Silahlı Qüvvələri Belarus Respublikasının hava məkanını şərq istiqamətində, bizə çox yaxın olan Kostyukoviç bölgəsində pozub”, – deyə Belarus Prezidenti bildirib.
“Hədəfləri tutmaq üçün vertolyot və MLRS silahları da yüksək hazırlıq vəziyyətinə gətirilib. Saat 19:04-də 1.5 km və 6,5 km məsafədə hava hücumundan müdafiə qüvvələri Belarus ərazisi üzərində bir neçə hədəfi məhv edib. Gecə və bu gün səhər saatlarında məhv edilən hədəflərin axtarışı aparılır”.
Aleksandr Lukaşenko bildirib ki, Belarusun Müdafiə Nazirliyinə və Silahlı Qüvvələrin Baş Qərargahına dövlətin təhlükəsizliyinin etibarlı təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib: “Biz Ukraynaya hər hansı bir təxribatın cavabsız qalmayacağı barədə məlumat verdik”.
www.yenicag.az