Lukaşenko inəyə abidə ucaltmaq istəyir

media-hightechnic-468x90

Belarus Prezidenti Aleksandr Lukaşenko inəyə abidə ucaltmağa çağırıb.

Yenicag.az xəbər verir ki, Lukaşenko bu haqda “Paroxonskoye” sovxozunda olarkən danışıb.

Belarus liderinin sözlərinə görə, Böyük Vətən Müharibəsi və müharibədən sonrakı dövrdə heyvanın tarixi rolu əbədiləşdirilməlidir.

“Biz inəyə abidə ucaltmalıyıq. İnək sayəsində partizanlar və uşaqlar sağ qalıb. Müharibədən sonra inəyin sayəsində sağ qaldıq. İndi də o, bizi yedizdirir”, – Lukaşenko əlavə edib.

Prezidentin sözlərinə görə, onun şəxsi təsərrüfatında inəyi də var./Qafqazinfo/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600