Lukaşenko və Putin arasında telefon danışığı - Sankt-Peterburq razılaşması müzakirə edildi

media-hightechnic-468x90

Belarus prezidenti Aleksandr Lukaşenko ilə rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

media-banner_tuq

Yeniçağ.az OilGas.az-a istinadən xəbər verir ki, liderlər telefon danışığı zamanı Sankt-Peterburq görüşü zamanı əldə olunan razılaşmaların yerinə yetirilməsini müzakirə ediblər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumatı təsdiqləyib.

Xatırladaq ki, aprelin 3-də Sankt-Peterburqda Putin və Lukaşenkonun görüşü baş tutub. Görüşün yekununda Rusiya və Belarus arasında 1 ildən artıqdır ki davam edən neft-qaz probleminin həll edildiyi elan olunub. Razılaşmaya əsasən, Belarus “Qazprom”a 700 milyon dollar məbləğində borcunu qaytarmalıdır. Rusiya isə cavab olaraq 2018-ci ildən etibarən Belarusa neft tədarükünü 24 milyon tona çatdıracaq.

Yeniçağ.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05