"Lukoyl"u küncə sıxan SANKSİYALAR: "Azərbaycan bazarından çıxmağa məcbur qalacaq"

media-hightechnic-468x90

“Belə şəraitdə “Lukoyl” da Azərbaycan bazarından çıxmağa məcbur qalacaq. Çünki qaldığı təqdirdə, şirkət olaraq daha çox zərər görəcək”.

Bunu Yenicag.az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.media-img-20251118-wa0025

O, “Lukoyl” yanacaqdolurma məntəqələrinin ABŞ sanksiyaları nəticəsində fəaliyyətinin zəifləməsi və Rusiyanın iqtisadi tənəzzülü barədə fikirlərini səsləndirib.

İqtisadçı bildirib ki, “Lukoyl” kimi şirkətlər öz fəaliyyətləri ilə bütün dünyada tanınır və qlobal investorlar üçün maraqlı təsərrüfat subyektlərindən biridir:

“ABŞ-nin konkret hədəfli sanksiyalarının tətbiqi və nəzarətin gücləndirilməsi tərəfdaşların “Lukoyl” ilə faktiki əməkdaşlıqdan imtina etməsi ilə nəticələnir. Çünki burada beynəlxalq ödənişlər, ticarət münasibətləri və digər iqtisadi əlaqələr mövcuddur. Yəni sanksiyalardan yayınması üçün “Lukoyl” ilə əməkdaşlıq bilavasitə ABŞ-nin yeni hədəfinə çevrilmək deməkdir.

Ticarət subyektlərinin və ölkələrin göstərdiyi münasibət həmin şirkətlərin dəyərinin kəskin ucuzlaşmasına, onların kütləvi şəkildə satışına səbəb olur. Nəticədə qiymətlərin daha da aşağı düşməsi ilə sonlanır.

Rusiya iqtisadiyyatı zəifləməkdədir. 2022-ci ilin fevralından etibarən qeyd edirdim ki, sanksiyalar Rusiyanın iqtisadi vəziyyətini çətinləşdirəcək. Sanksiyalara əməl olunmasının səviyyəsi isə Rusiyanın iqtisadi tənəzzülünün dinamikasını müəyyən edəcək. Yəni sanksiyalara az əməl edilər və yayınma mexanizmlərinə imkan yaradılarsa, tənəzzül uzanacaq. Ciddi əməl olunduğu halda isə proses sürətlənəcək”.

İqtisadçı qeyd edib ki, Bayden administrasiyasından fərqli olaraq, Tramp administrasiyasının sanksiyalara daha ciddi əməl edilməsini dünyadan tələb etməsi Rusiya üçün arzuolunmaz vəziyyət yaradıb:

“Belə şəraitdə “Lukoyl” da Azərbaycan bazarından çıxmağa məcbur qalacaq. Çünki qaldığı təqdirdə, şirkət olaraq daha çox zərər görəcək. Azərbaycan isə onun sanksiyalardan yayınmasına şərait yaratmayacaq.

Bir sözlə, Rusiya–Ukrayna müharibəsinin aqibəti bu şirkətin gələcəyi ilə bağlı bir çox sualların cavabını da müəyyən edəcək”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa