M.Ə.Sabirə həsr olunan müsabiqə başa çatdı

media-hightechnic-468x90

bbbghM.Ə.Sabir yaradıcılığına həsr olunan IV Bədii Qiraət Müsabiqəsinə yekun vurulub.

Şamaxıdan millət vəkili, AVCİYA-nın prezidenti Elxan Süleymanovun təşəbbüsü, Söz Azadlığını Müdafiə Fondu (SAMF) ilə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilən Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunmuş IV Bədii Qiraət müsabiqəsi yekunlaşıb.

Tədbiri giriş sözü ilə açan Söz Azadlığını Müdafiə Fondunun sədri Musa Yaqub layihə çərçivəsində təşkilat komitəsinin üzvlərinin rayon təhsil müəssisələrində keçirdiyi görüşlərdən danışaraq, müsabiqəyə böyük maraq olduğuu və IV dəfə keçirilən müsabiqənin final turunda 205 nəfərin iştirak etdiyini dilə gətirib. Onun sözlərinə görə, AVCİYA-nın prezidentinin təşəbbüsü ilə hər ay 31 nəfərə M.Ə.Sabir adına, iki nəfərə isə S.Ə.Şirvani adina təqaüd verilir.

Qeyd edək ki, müsabiqənin təşkilində əsas məqsəd yeniyetmə və gənclər arasında M.Ə.Sabir yaradıcılığının təbliği, görkəmli şairin yaradıcılığının tədris prosessində təbliğinə metodiki dəstək vermək, tədris prosessində fəal şagird və tələbələri üzə çıxarmaqla onları həvəsləndirməkdir. Tədbirdə Şamaxı RİH başçısının müavini Gülnisə Ələkbərova, rayon təhsil şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyev, müsabiqənin münsiflər heyyətinin sədri, əməkdar artist Azad Şükürov, M.Ə.Sabir Fondunun prezidenti, münsiflər heyətinin üzvü Sevda Tahirli çıxış edərək layihənin keçirilməsinin əhəmiyyətindən danışaraq təşkilatçılara minnətdarlıqlarını bidirmişlər.

Sonda AVCİYA-nın prezidenti Elxan Süleymanov çıxış edərək Şamaxının Azərbaycan mədəniyyətinə çoxsaylı şəxsiyyət bəxş etdiyini və bunların arasında M.Ə.Sabirin xüsusi rolu olduğunu qeyd etmişdir. Millət vəkili həmçinin, M.Ə.Sabirin yaxın dostu, böyük Azərbaycan şairi Abbas Səhhətin 140 illik yubileyi münasibətilə nəfis tərtibatla çap edilmiş “Vətən” kitabını tədbir iştirakçılarına təqdim edib.

Qeyd edəki ki, müsabiqənin nəticələrinə əsasən, Göylər kənd 1 saylı tam orta məktəbin şagirdi Gülnur Ağayeva, Avropa liseyinin şagirdi Qərənfil Qədimova, İnşşatçı qəsəbə tam orta məktəbinin şagirdi Çiçək Məmmədova III yerə, şəhər 9 saylı orta məktəbin şagirdi Toğrul Qasımov, Şamaxı Humanitar Kollecinin tələbəsi Samirə İsyeva II yerə, Azərbaycan Müəllimlər İnstitutu Şamaxı filialının tələbəsi Gülər Məmmədova isə I yerə layiq görülüb. Müsabiqənin qalibləri millət vəkili Elxan Süleymanovun təsis etdiyi təqaüdü alacaqlar.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600