Madriddə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub
Madriddə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ziyafət keçirilib. Azərbaycanın İspaniyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən ziyafətdə İspaniyada yaşayan və təhsil alan azərbaycanlılar iştirak edib.
Tədbirdə ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Səfir Altay Əfəndiyev həmvətənlərimizi təbrik edərək onlara yeni uğurlar arzulayıb.
Mərasim İspaniyada yaşayan soydaşlarımızın ifasında milli rəqslərimiz və canlı musiqi sədaları ilə davam edib. Qonaqlara Azərbaycan mətbəxinin nümunələri təqdim olunub(hafta.az).